GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » FİZULİ RAYONU

QARAKÖPƏKTƏPƏ



Qaraköpəktəpə Köndələnçayın sağ sahilində yerləşən konusvari təpədən ibarətdir. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967- ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. Rus arxeoloqu A.A.İvanovski abidənin dəqiq ölçüsünü müəyyənləşdirmişdir.Arxeoloji tədqiqatlar (1964-cü ildən) abidənin e.ə. V minillikdən b.e.XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən edib. Ən qədim məmulatlar Eneolit dövrünə (e.ə.IV-II minilliklər) aid edilir (saman qatışıqlı gil qablar).Tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünə aiddir. Qaraköpəktəpənin üst qatlarında Son Tunc,Erkən Dəmir və Antik dövrlərə aid mədəniyyət nümunələri əldə edilib.Azərbaycanda Antik dövrə aid yaşayış yeri ilk dəfə Qaraköpəktəpədə aşkar edilib.
İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı aşkar olunmuşdur. Onlardan birinin əsas hissəsi qazıntı sahəsindən kənarda qalmışdır. İkinci binanın diametri 6,85 m- dir. Binaların tikintisində qaba yonulmuş daş parçaları və çay daşlarından istifadə edilmişdir. Binalarda içərisi çay daşlarından qurulmuş ocaqlar da olmuşdur. Bina divarların salamat qalmış hissəsinin eni 40 sm, hündürlüyü 30- 40 sm- dir.
İkinci binanın içəri tərəfində dördkünc formalı artırma düzəldilmişdir. Binanın divarları da iri qaya parçalarından hörülərək, gil məhlulu ilə bərkidilmişdir. Divarların eni 65 sm, hündürlüyü 80 sm-dir. Binanın yaxınlığında iri daş parçaları döşənmiş sahə və bu sahə boyunca uzunluğu 2,8 m olan divar aşkar olunmuşdur. Daş döşənmiş sahədən bir qədər aralıda iri daş parçalarından və çay daşlarından iki sıra ilə işlənmiş, uzunluğu 4,8 m olan divar qalığı olmuşdur.
Bu təbəqədə ocaq qurğularının qalıqlarına, gil qab parçalarına, daş və sümük alətlərə rastlanmışdır. Gil qabların bir qismi yapma və spiralvari qazma ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və digər abidələrdən bəllidir.
Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır. Bu yaşayış yeri müdafiə divarı ilə əhatə olunmuşdur. Yaşayış yerinin sakinləri oturaq həyat tərzi keçirir, əkinçilik və maldarlıqla məşğul olur, ətrafın otlaq sahələrindən istifadə edirdilər. Yaşayış yerində dulusçuluq, toxuculuq və başqa sənət sahələri inkişaf etmişdi.
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Evin divarları iri həcmli əhəngdaşı parçalarından tikilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir-birindən qalın divarla ayrılmışdır. Divarlar bəzi yerlərdə 1m hündürlüyündə qalmışdır. Otaqların döşəməsi bərk torpaq layından ibarətdir. Burada qızarmış torpaq qatını kül və kömür qalıqları örtmüşdür. Bu yaşayış kompleksinin yaxınlığında daşla döşənmiş sahənin olduğu müəyyən edilmişdir.
İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış əhəngdaşı parçalarından tikilərək, gil məhlul ilə bərkidilmiş divar qalıqları ortaya çıxarılmışdır. Bu divarların dördkünc formalı yaşayış binasına aid olduğu müəyyənləşdirilmişdir. Binaların içərisindən təsərrüfat və məişət əşyalarının qalıqları, o cümlədən İlk Tunc dövrü üçün xarakterik olan əmək alətləri, keramika və sümük əşyalar da əldə edilmişdir.
Qaraköpəktəpədən tapılmış daş alətlər dən daşları, sürtgəc, bülöv daşları, qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Keramika, başlıca olaraq qara cilalı, müxtəlif formalı qabların parçaları ilə təmsil olunmuşdur. Gil məmulatı arasında ocaq qurğuları, təkər modeli, iy başlıqları və başqa əşyalar da olmuşdur. Gildən hazırlanmış əşyalar içərisində toppuz başı və metalişləmədə işlədilən butə qalıqları diqqəti cəlb edir. Tədqiqat zamanı sümükdən həzırlanmış əmək alətləri də aşkar edilmişdir
KATEQORİYA: FİZULİ RAYONU | ƏLAVƏ ETDİ: avao (09.07.2010)
BAXILDI: 1282 | REYTİNQ: 0.0/0
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89