GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » KƏNDİMİZ

<<GECƏGÖZLÜ>>
Gecəgözlü
• Kəndin tarixi ilə bağlı əlavə məlumatlar Gecəgözlü kimi ifadə edilən bu sözün əsasını Gecə və Göz yaxud Üz sözləri təşkil edir. Gecəgözlü və ya Gecəüzlü ifadələrinin hər ikisi qarabəniz yaxud qaragözlü kimi başa düşülməlidir. Məlumdur ki, qədim türk soy kökünə mənsub insanlar məhz qaraşirin rəng çalarına məxsus olmuşlar. Odurki bu söz heçdə bəzilərinin dediyi kimi gecə görən, gecələr gəzən və s yox, məhz Gecəüzlü kimi qəbul edilməlidir.

Məlumdur ki, ən qədim yaşayış məskənləri adətən mağaralardan başlayır, yəni təbii yaşayış məskənlərindən.
Bizim kəndin əsasını təşkil edən Hacılı obasının əsası dünyanın ən qədim yaşayış məskəni Azıx Mağarasından Başlayır. Sivilizasiyaların inkişafı ilə, tikinti mədəniyyətinin yüksəlməsi və yaşamaq uğrunda mübarizənin nəticəsi olaraq Quruçay vadisində qərar tutaraq yaşayıb yaratmış və dunyaya inteqrasiya edərək yayılmışlar.
Haqcılı obası- Şəkərcik, Aybasanlı, Şıxlı, Gecəgözlü, Mahmudlu-3, Hüseynbəyli, Ələskərli, Mirzəcamallı və Seyidmahmudlu kəndlərinin ümumi məcmusudur.
Gecəgözlü:- rəsmi olaraq adlandırılan bu kənd isə Şərifbəyli, Yeyənbəyli və birlikdə qarışıq yaşamış Gecəgözlü, Atlıxanlı, Məlikbəyli, Çarçallar nəsillərindən təşkil edilərək Sovetlər dönəmində Komunizm, sonradan Hacılı sovxozu kimi dövlət təsərrufat fəaliyyətəti göstərmişlər.
İbtidai icma qurluşundan sonrakı bütün dövrlərdən sovetləşməyə (sosializm) qədər ictimai-siyasi roluna, cəmiyyətdəki mövqeyinə, bilik bacarıq və qabiliyyətlərinə və nəhayət əhatələrində olan digər nəsillərin, obaların təhlükəsizliyini təmin etmək və onlardan muğayyat olmaq məqsədilə elita hesab edilən nəsillər yüksəkliklərdə yurd-yuva quraraq dövran sürmüşlər.
Rus imperializmi işğala məruz qoyduğu millət və xalqlara daha dərindən nüfuz edə bilmək üçün öz siyasətini və mədəniyyətini qəbul etdirmək məqsədi ilə həmin xalqın elitasını məhv etmək məqsədini həyata keçirirdi.
Kəndimizin Gecəgözlü adlandırılmasının ən birinci səbəbi məhz ondan ibarətdir ki, Yey-ən bəylilər, Şərifbəylilər kimi boyük nəsillərin demək olar ki, bütün igidlərini zaman-zaman məhv etmiş, təqiblərə məruz qoymuş, qaçaq salmış, köçürmələrə məruz qoymuşdur. Gözə görünən isə ancaq Gecəgözlülər olduğundan kəndin adı da həmin tayfaların adı ilə adlanmışdır.
Azıx mağarası kimi cahana məlum qədim yaşayış məskəni və maddi tarixi mədəniyyət nümunəsi hər şey deməkdir. Kəndimizin lap yaxinliğinda böyük İpək Yoluna məxsus, hələ Manna dövlətinə məxsus olduğu güman edilən Mandıllı
( Mandıllı yaxud Məndilli kimi işlədilir) körpüsü Çərəkən Çayı üzərində qərar tutmuşdu. Aydın olsun deyə bildirirəm ki, bu körpü qərbdən şərqə doğru Xudafərin körpüsü, Yazı düzündəki məhşur Başıkəsik kümbəz, ardınca Mandı kəhrizləri, Qarğabazar karvansarası məhz Mandıllı körpüsü, Qara pir, Qara köpək, Aranqala sərdabələri, Cərcis peyğəmbərin sərdabəsi və s silsilə mədəniyyət abidələri sırasındakı böyük yolun üzərində inşa edilmiş və bu günlərədək mövcud idi.
Kəndimizdə ikinci çoxda qədim olmayan tarixi dini abidə 19-cu əsrin sonlarına məxsus Məsçid binası idi.
Bu məsçidi Yey-ənbəy oğlu Kərbəlayi Xudaverdi oğlu Baba bəyin maddi vəsaiti ilə, qızı Məşədi Gözəl xanımın şərəfinə inşa etdirmişdi. Kərbəlayi Xudaverdi uzun illər övladı olmayan qızı Gözəl xanımı övlad diləyi ilə müqəddəs Məşhəd şəhərinə Qərib İmamrızanım türbəsinə ziyarətə aparmışdır. Bu məşhəd ziyarətindən sonra Allah onun dualarını qəbul etmiş və ona bir övlad qismət etmişdir. Bu övlad dunyaya gəldiyi gün Məşədi Gözəl xanım övladının üzünü görmədən vəfat etmişdir.
Bu məsçid sovetlər dönəmində anbar, məktəb, dəyirman, tarix diyarşunaslıq muzeyi, kimi istifadə edilən həmin binanın böyük qapısının üzərindəki ərəb əlifbası ilə yazılmış daş kitabənin qopardılması isə bədhaqların ağlına gəlməmişdi.
Gecəgözlü kənd məktəbi ən əvvəl köhnə anbarın yanında bir şəxsi evdə fəaliyyətə başlamış, sonradan məsçidə yerləşdirilmişdir.
Ilk kənd məktəbi isə təxminən 1959-cu illər ərzində kəndin ilk təhsilli müəllimləri Xudiyev İskəndər və Məhərov Məhər tərəfindən çiy kərpici özləri kəsməklə iki sinif otağından ibarət inşa etmişdirlər.
Sonradan Fin quraşdırma məktəb, 1981-ci ildə isə iki mərtəbəli Tipovoy məktəb inşa etdirilmişdir.

Hazırladı G. Xudiyeva
İ.Oqtayoğlu

KATEQORİYA: KƏNDİMİZ | ƏLAVƏ ETDİ: ILYAS (09.03.2011) | MÜƏLLİF: ILYAS OQTAYOĞLU E
BAXILDI: 1197 | REYTİNQ: 3.3/6
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89