GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞƏHİDLƏR

Nəsir Yusif oğlu Əliyev


 
       Əliyev Nəsir Yusif oğlu 1968-ci ildə Fuzuli rayon Gecəgözlü kəndində anadan olub.Kənd orta məktəbin müvəffəqiyyətlə bitirib keçmiş SSRİ ordusu sıralarına çağrılıb.Əsgərlikdən qayıtdıqdan sonra sovxozda fəhlə işləməyə başlayıb.Səmimi münasibəti xoş rəftarı ilə tez bir zamanda kolllektivin sevimlisinə çevrilmişdi.Toyda mağarda el şənliklərində dost tanış arasında öz yeri vardı Nəsirin.Böyüklərə qayğı kiçiklərə hörmət göstərmək onun qanında idi.Heç kəsin xatirinə dəyməzdi.
       Onun ən ülvi, ən böyük məhəbbəti isə doğma vətənə və müqəddəs torpağa olan məhəbbəti idi.Onu məhs döyüş bölgəsinə aparan da vətən sevgisi, torpaq istəyi oldu. Nəsir 1992-ci ilin iyun ayından könüllü olaraq Fuzulidəki özünümüdafiə batalyonuna yazıldl.O, Govşad, Qacar, Divanallar, Yağlıvənd, , Qaraməmmədli kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edir.Bu döyüşlərdə o təkrarolunmaz hünər göstərmiş onlarla erməni quldurunu məhv etmişdir.Həmişə irəlidə gedən Nəsir cəsurluğu ilə yolgaşlarına nümunə olmuş və arxasınca yüzlərlə döyüşcünü irəli aparmışdır.Nəsirin şücaətinə bələd olan hər kəs ona etibar edir və başa düşürdü ki, Nəsir heç kəsi darda qoymaz. Böyük Bəhmənli,Araz Yağlıvəndi,Kərimbəyli,Babı,kəndlərinin erməni işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə də Nəsirin əməyi az olmamışdı.Şükürbəyli kəndinin ermənilərdən təmizlənməsi üçün aparılan əməliyyatda Nəsir şəxsi igidlik göstərərək bir neçə erməni məhv etmişdir.Böyük qələbə həvəsi ilə döyüşən bu cəsur oğlanın nakam arzularını düşmən gülləsi yarı yolda qoydu.
         1994-cü il yanvarın 6-dan 8-nə qədər Qorqan və Seyidəhmədli kəndlərini azad etmək üçün əsgərlərimiz növbəti əməliyyata başladı.Bu döyüşdə qəhrəman oğlumuzda düşmən gülləsinin qurbanı oldu. Məzarı valideynlərinin müvəqqəqti yaşadığı Sabirabad rayon Cavad kəndində torpağa tapşırıldı. Vətən yolunda qəhramanlıqla şəhid olan igid övladla ancaq fəxr etmək olar.Allah Rəhmət eləsin.Canından çox istədiyin torpağın qoynunda rahat uyu...
KATEQORİYA: ŞƏHİDLƏR | ƏLAVƏ ETDİ: avao (06.06.2010)
BAXILDI: 1268 | REYTİNQ: 5.0/2
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89