GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞƏHİDLƏR

Natiq Rəşid Oğlu Həziyev

 

    Natiq Rəşid Oğlu  Həziyev 18 may 1970 ci ilde Fuzuli rayon Gecəgözlü kəndində dünyaya gəlmişdi.Çelyabinskdə daxili qoşunlarında xidmət etmişdir.1992 ci ildə Azərbaycan milli ordusunun tərkibində torpağlarımızın müdafiəsinə qalxmışdı.Xocavənddə, Füzulidə,Dilağarda,Qızılqaya,Uryandağ bölgəsində cəsur döyüşçü kimi düşmənlərə qarşı mərdliklə vuruşmuşdu.Seyfəlidə təlim məşqində olarkən ona əlavə tapşırıq verilmişdi.Döyüş zamanı yarananlara ilkin yardım göstərmək və onları döyüş zonasından çıxarmaq.Bu işəi də səliqə və bacarıqla yerinə yetirirdi Natiq.Düşmən tapdağında inildəyən torpaqlarımızı erməni təcavüzkarlarının vəhşiliklə talan edib dağıtdıqları kəndlərimizi,şəhərlərimizi azad etmək, qələbəni tezləşdirmək istəyi ilə mərdliklə vuruşurdu Natiq. Lakin...

         Atası Rəşid kişinin dediklərindən.

   - Natiqin görüşünə getmişdim.onlar Bəhmənli və Yağlıvənd kəndlərini erməniquldurlarından təmizləmişdilər.Kərimbəyli azad olunması üçün əməliyyata başlamalı idilər.Bir neçə dəqiqəlik görüşüb söhbət etdik.Yaman sevinirdi.Nigarançılığımı görüb dedi ki,məndən nigaran olmayın,uşaq deyiləm ki,xeyli döyüş təcrübəm var.Ermənilər qaçacağa düşüblər .Allah qoysa onları torpaqlarımızdan elə qovacıyıq ki,birdə bu tərəflərə ürzükməsinlər.Natiqin üzündən öpüb ona uğurlar dilədim.Onunla görüşdən 4 - 5 saat sonra,yəni 1994-cü ilin yanvar günündə Kərimbəyli kəndi uğrunda gedən qanlı döyüşlərdə düşmən gülləsinə tuş gəldi.Onu Sabirabad rayonunun Nizami kənd qəbirəstanlığında canından əziz sevdiyi torpağa tapşırdıq.

      Başını dik tut,qəddini əymə,şəhid atası.Fəxr et ki,vətən üçün  belə qeyrətli oğul böyütmüsən

KATEQORİYA: ŞƏHİDLƏR | ƏLAVƏ ETDİ: avao (07.06.2010)
BAXILDI: 494 | REYTİNQ: 5.0/1
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89