GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞƏHİDLƏR

Elman Ümid oğlu Zeynalov
Zeynalov Elman Ümid oğlu 1970-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində dünyaya gəlmişdir.
Uşaqlığından yaddaşında anasının kədərli, həzin oxşamaları, nəsihət və tövsiyələri… bir də: - ermənilərin kökü kəsilsin! - qarğışı qalmışdı. Onda hələ dərk edə bilmirdi ki. ermənilər kimdir, kökü kəsilmək nədir?Amma onu bilirdi ki, anası bu sözləri son dərəcə qəzəblə, nifrətlə deyir. Əmin idi ki, anası - bu mehriban, səmimi, hamıya can deyib can eşidən ana heç vaxt nahaqdan qarğış etməz. Böyüdü, kəndlərindəki məktəbə daxil oldu Elman. Dünyanın işlərindən yavaş - yavaş baş çıxarmağa başladı. Məktəbdə dostluqdan - beynəlmiləlçilikdən çox danışsalar da ağıllı adamlardan erməni xislətini öyrəndi. Onu da öyrəndik ki, 1971-ci ildə hələ Elmanın bir yaşı tamam olmamış atası Ümid kişi ermənilərlə savaşda öldürülmüş, anası Minarə bir çətən külfətlə dam altında qalmışdı. Bütün bunları biləndn sonra tam dərk etdi ki, ermənilər kökləri kəsiləsi məxluqatdır. Orta məktəbdə də, Naximov adına Ali Hərbi Dənizçilik Məktəbində də, Pribaltikada hərbi xidmətdə də atasının qatillərinə qarşı intiqam hissi qəlbində tüğyan edirdi. Əsgəri xidmətdən qayıdanda doğma Azərbaycana erməni təcavüzünü görən Elman Zeynalovun qəlbindəki ata qisasına Vətən - Ana qisası da qarışır. 1993-cü ildə Pirəküşküldəki «N» saylı hərbi hissəyə qərargah rəisi təyin edilir. Hər cəhətdən nümunəviliyi ilə dərin hörmət qazanır, təltif olunur. Hərbi biliyini təkmilləşdirmək məqsədiylə Türkiyəyə göndərilir. Qərvənt, Qacar, Ağdam, Veysəlli döyüşlərində cəsarətlə vuruşur. Onlarca erməni dığası, xeyli texnika məhv etdikcə, təkcə anasının yox, minlərlə anaların qarğış - arzusunu yerinə yetirir. Aşağı Əbürrrəhmanlı, Qorqan kəndləri istiqamətində döyüşlərdə ad - san qazanır.
1994-cü ilin mart ayı. Novruz bayramı yaxınlaşır. Lakin Azərbaycanımızın başının üstündəki qara buludlar bayram əhval - ruhiyyəsini dumana bürümüşdü.
Elman və döyüş dostları Füzuli rayonunun Seyidxanlı kəndi uğrunda ölüm - dirim mübarizəsinə girişmişlər. Elmanın - 24 yaşlı ər igidin qanı da bu torpaqların laləsinə çevrilir. Ölümündən sonra leytenant Elman Ümid oğlu Zeynalov «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunur.
Elman Bakıda - Şəhidlər Xiyabanında dəfn edilib.





KATEQORİYA: ŞƏHİDLƏR | ƏLAVƏ ETDİ: avao (28.07.2010)
BAXILDI: 1139 | REYTİNQ: 5.0/1
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89