AY GECƏGÖZLÜ
Gözlərimdə nursan damarımda qan
Əvvəl vüsalıydı indiki hicran
Sənsiz yaşamaq çətindi inan
Ata ocağımsan ay Gecəgözlü
Sağın çərəkəndi, solun quru çay
Düşdü ömrümüzə sənsizlikdən pay
Verən yoxdu səsimə bir haray
Yandı bağrım başı ay Gecəgözlü
Nəsirin, Natiqin nakam arzusu
Elmanın , Səyavuşun halal ruzusu
Qaldı neçəmizin qurban quzusu
Kəsilə bilmədi ay Gecəgözlü.
Fazil yazdıqları nədir ki hələ
Eldən ilham alır, güvənir elə
Bənzər tarındakı inləyən telə
Təbrizin naləsi ay Gecəgözlü.
|