GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞERLƏR

Əliağa Ərşadoğlu
Əliağa Ərşadoğlu

Canım gözüm qəm eləmə Qarabağ! 

 
Qurban olum torpağına daşına
Bu nə işdi gəldı sənin başına
Xain qonşun zəhər qatdı aşına
Eh gör neca nisgillidir dere dag 
Canım gözüm qəm eləmə Qarabağ! 
 
Həsrət həsrət boynun bükdü çiçəklər
Hardan belə əsdi qəmli küləklər
Nə biləydik məkirliymiş urəklər
Sən hirsə bax, hikkəyə bax, çərə bax.
Canım gözüm qəm eləmə Qarabağ! 
 
Süfrəmizi həmişə gen sərmişik
Varımızdan çoxuna pay vermişik
Qonşuların har sifətin görmüşük
Qoy onların heç olmasın üzü ağ
Canım gözüm qəm eləmə Qarabağ! 
 
Vaqif qalxıb qanmazlara qan desin
Uzeyir bey bu torpağa can desin
Cabbar desin Seyid desin Xan desin 
Kimin idi bu cah cəlal bu növrag
Canım gözüm qəm eləmə Qarabağ! 
 
Hökmüm olsa pis gözləri oyardım
Haqq nə isə öz yoluna qoyardım
Bic tülkünü dərisindən soyardım
Göstərərdim nədir yanğı nədir dağ
Canım gözüm qəm eləmə Qarabağ! 
 
Hər qığılcım günəş olmaz ay olmaz
Hər axan su ceşmə olmaz cay olmaz
Nə namusdan na torpaqdan pay olmaz
Dədə baba bizim olub bu oylaq
Yenə bizim olacaqdır bu torpaq 
Canım gözüm qəm eləmə Qarabağ!
 

   Belə dünya sənə lənət

Belə dünya sənə lənət 
Xasiyyətin mənə bəlli
Işin tamam qaravəlli 
Gəl danışaq düz əməlli 
Yordu bizi bu söz söhbət 
Belə dünya sənə lənət
 
Qatarların yoldan çıxıb
bu yağan das qoldan çıxıb
Tülkülərin koldan çıxıb
Aşkar olub day na xəlvət
Belə dünya sənə lənət
 
Mərd dədələr esi olub 
Bic gədələr kişi olub 
Zinalıq vərdişi olub 
Yaddan çıxıb namus qeyrət 
Belə dünya sənə lənət
 
Qovhaqovdur vurhavurdur
Mənlik vicdan hər şey puldur
Hələ ki var oğru quldur
Soyhasoydur nə ləyaqət 
Belə dünya sənə lənət
 
Hər şey saxta hər şey yalan
Gəl ey kasıb indi dolan
Dəfə keçib zurna çalan
Tapbatapdır nə nəqarət
Belə dünya sənə lənət
 
Qul olmuşuq bir tamaha
Astar olub üzdən baha 
Elac qalıb bir allaha 
Bəlke əda o mərhəmət 
Belə dünya sənə lənət
 
Tərezin var daşın yoxdu 
Qurutmağa yaşın yoxdu
Itirmisən başın yoxdu
Adam çəkir lap xəcalət
Belə dünya sənə lənət
 
Odlaniram sətir sətir
Duz əkirsən əyri bitir
Inam ölur məslək itir
Qalmayıbdır insaf murvet
Belə dünya sənə lənət
-------------------------------------------------------------------------------------------
 
Oxuma, bu nagmani manimki deyil

Oxudun koksuma axib sizmadi 
Urayim qizmadi ruhum qizmadi.
Hani bu nagmanin lazzati dadi
Zovqùmce olmadi na avaz na dil
Oxuma, bu nagman manimki deyil 
 
Coxda el-qol atib qas-göz oynatma
Ezilib buzulùb oyun cixartma
Halal mayamiza harami qatma
Bemin öz yeri var zilida ki zil
Oxuma, bu nagmani manìm ki deyil
 
Dogma musiqim var laylam tak eziz
Ham kùkrayan caydir ham cosan daniz
Hansi nagma qalba salmasa bir iz
Çox ya$asa yasar biray bir fasil
Oxuma, bu nagma manimki deyil
 
Manim mugam çesman gözùndan duru
Seviram "Zabul"u,"Segah"i,"Sur"u.
Alamdi "Qatar"i,"Rast"i, "Mahur"u.
Har nagmam mugamla behrelenir bil
Sanin oxudugun beynima girmir
Oxuma bu nagma manimki deyil
--------------------------------------------------------------------------------------------
VAR OLSUN
 
Cix çemen seyrina dal oba$dan,
Gileylanma na talehdan na yasdan.
Yaxsi dost var iralidi qardasdan,
Yaxsi dostun yaxsilari var olsun!
 
Bu dunyaya naxis salir mahabbat,
Könùllardan uzaq olsun xeyanet.
Farqi yoxdur, ya askar sev, ya xelvet
Sevanlarin etibari var olsun!
 
Cani gözla,saglam olsun birinci,
Saglamliqda tapmaq olar sevinci.
Genclik ömrù en qiymetli bir inci,
Qoy gencliyin arzulari var olsun!
 
Illar dùsùr yarpaq-yarpaq ömùrdan,
Itan gunlar saçimizda olur dan.
Hayatini haqq yoluna sarf edan
Bu torpagin ogullari var olsun!
--------------------------------------------------------------------------------------------
DAR QEFES DEDIM
 
Qacmadim dùnyada var dalinca man,
Tanrinin verdiyi aza bes dedim.
Gùcùm catmayanda zila qalxmadim,
Dedim öz sözùmù,dedim,pes dedim 
 
Bayquslar uladi,halim dayi$di,
Qarga qarildadi, of...beynim sisdi.
Sercenin cik-ciki basima dusdù
Bùlbùl ceh-ceh etdi,ona sas dedim 
 
Bir harin özganin haqqin yeyanda
Bir namard gucsùzù ezib döyanda
Bir nadan,lovga özun oyanda
Daha dözammadim, dayan, kas dedim.
 
Ezizdir yurdumun har bir növragi,
Arani,yaylagi,bagcasi-bagi.
Har seydan mùqaddas bildim torpagi,
Eldan qeyri yera dar qefes dedim.
 
-------------------------------------------------------------------------------------------
                 Bagisla ya rebbim bagisla bizi

Namard yuz don bicir öz gunahina 
Daha dözmak olmur qalbin ahina 
Uz tutub min kar o dargahina 
Yalvaririq ya rabim sindirma bizi
Qurtaraq bu darddan millatimizi 
Bagisla ya rebbim bagisla bizi

Bir el itirdik toylu busatli 
Cebrayil Zengilan Lacin Qubadli 
Bir saharim vardi Fizuli adli 
Indi bagli qalib yolu,irizi 
Goynadir bu agri ureyimizi
Bagisla ya rebbim bagisla bizi

Cennet qarabagim basi belali 
Itibdi susamin cahi celali 
Aglayir sizlayir esir xocali 
Qinayir esgeran xocavand bizi 
Saslayir haraya har birimizi 
Bagisla ya rebbim bagisla bizi

Gorum hec gulmasin mardi mazari
Dagildi vaqifin ulu mazari
Artdi xanqizinin dardi azari
Yaqin qam goyardir torpagin uzu
Topxana mesasi o cidir duzu
Bagisla ya rebbim bagisla bizi

Biqeyrat na bilir orda vatan var
Insan var dövlat ucun vatanmi satar 
Sapi özumuzdan olan baltalar
Bilarak yixdilar öz evimizi
Qoru özumuzdan ya rabbim bizi 
Bagisla ya rebbim bagisla bizi

Eger guvanmasak qeyratimiza
Haramdi bu hava bu corak biza
Millat ya taslim ya mubariza 
Iki yoldan biri gozlayir bizi
Dusman goracakdi qudratimizi 
Bagisla ya rebbim bagisla bizi

--------------------------------------------------------------------------------------------
Oxu qardas oxumaqda hunard
         
                       Senet dostum Manaf Agayeve

Bir ocaqdan qalbe dolub bu havas 
Ilahinin vergisidir bu sas
Sasin sehri muqaddasdir
Muqadas avazin dadi baldi sakardi
Oxu qardas oxumaqda hunardi 

Icimda bir talatum var yangi var 
Mugamlarin qalbimiza od salar
Urayinda saha qalxan mahnilar 
Yatmislarcun bax bir haray hasirdi
Oxu qardas oxumagda hunardi

Bir hasratin koku bizi yandirir
Dunyanin sart uzu bizi yandirir 
"DIDARGINLIK"sozu bizi yandirir
Icimizda hasrat bitdi göyardi 
Oxu qardas oxumagda hunardi 

Orda bizim yasil baglar qalibdi 
Ergunas tak soykak daglar qalibdi
Qarabagsim elsiz aglar qalibdi
Kim bagladi bu bereni bu bendi 
Oxu qardas oxumagda hunardi 

Illar otdu dema dard azalibdi
Falak bizi yaman oda salibdi 
Kockun elim boynu bukuk qalibdi
Yurddan na vaxt qovacagiq namardi 
Oxu qardas oxumaqda hunardi
-------------------------------------------------------------------------------------------
Talasma,ezizim,zangi vurmaga!

Bu ayriliq dami, bu vida vaxti 
Hissimiz,duygumuz tamam oyaqdi
Bu an birda takrar olmayacaqdi,
Artiq biz oxsariq gedan qonaga,
Talasma,ezizim,zangi vurmaga!

Elvida,elvida... mekteb illari!
O san dunyamizin gözalliklari...
Bu gùn unudariq dacalliklari.
Gelmisik son söza qulaq asmaga,
Talasma,ezizim, zangi vurmaga!

Mahabbat olmasa söz qalba hopmaz
Ömùrdan itani bir kimsa tapmaz
Bir az gec vurulsa qiyamat qopmaz
Darixma,döz deyak ala, barmaga
Talasma azizim zangi vurmaga!

Çixmaz yadimizdan olub-keçanlar,
Ey ömrün bizlara fada edanlar!
Hayat öyradanlar,elm öyradanlar
Geldik halalligi sizdan almaga, 
Talasma,ezizim,zengi vurmaga
 

                                Bu Gece Kendimiz Yuxuma Girdi

 

 Ilahi bu yuxu na sirin yuxu,

Hemin dogma ocaq o leziz qoxu…

Sanki babalarin muqeddes ruhu

Meni qarabaga yurda cekirdi

Bu gece kendimiz yuxuma girdi

 

 

Gordum ki dunyanin duz vaxtindayam

Dogma ocagimda oz taxtimdayam

Fesiller gozeli yaz vaxtindayam,

Cemenler yamyasil cicekler terdi

Bu gece kendimiz yuxuma girdi

 

Siyrildim bir anliq agridan derdden,

Kecdim her bereden, kecdim her bendden

Car cekdim ucadan qisqirdim berkden

Sandim ki sesame elim ses verdi

Bu gece kendimiz yuxuma girdi

 

Gordum dagilmayib ne kend ne seher

Her sey yerindedir evvelki teher

Uzume acildi nurlu bir  seher

Dunyanin qem buzu sanki eridi,

Bu gece kendimiz yuxuma girdi


Efsus ayildim…Qanim qaraldi.

Payiz yarpagi tek rengim saraldi

Gen dunya basima yaman daraldi

Qem oz yorganin ustume serdi

Bu gece kendimiz yuxuma girdi

 

 

 

Hani o adamlar hani dogmalar

Hani ata yurdum isti daxmalar…

Ay allah, bu boyda ezabmi olar

Biz nece dasiyaq bubu cetin derdi,

Bu gece kendimiz yuxuma girdi

 

Elnen guler omrun bahari yazi

Elsiz cicek acmaz ne istek ne arzu

Torpaga tesneyik yurda tamarzi

Menim qiblegahim o yurd o yerdi

Bu gece kendimiz yuxuma girdi

 

Dolana bilseydim basina torpaq

Uzumu surtseydim dasina torpaq

Sehid tek dusseydim dosune torpaq

Belke bu hesretin sonu biterdi

Bu gece kendimiz yuxuma girdi

 


 
KATEQORİYA: ŞERLƏR | ƏLAVƏ ETDİ: qiko (09.04.2011)
BAXILDI: 2120 | RƏYLƏR: 1 | REYTİNQ: 4.4/5
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89