GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞERLƏR

Mətləb Misir

 
Mətləb MİSİR
 
Qa­ra­ba­ğın sə­fa­lı  guşəsi olan Ge­cə­göz­lü kən­din­də dün­ya­ya göz açıb. Bu kənd Mət­ləb Mi­si­rə şa­ir­lik, dün­ya­ya sö­zün,po­e­zi­ya­nın gö­züy­lə bax­maq qüd­rə­ti bəxş edib. Uzun il­lər kənddə mü­əl­lim iş­lə­yib­ Mət­ləb, Fü­zu­li ra­yo­nu­nun ta­nı­nan zi­ya­lı­la­rın­dan bi­ri olub. İl­lər bo­yu Qa­ra­ba­ğın gö­zəl­lik­lə­rin­dən, o tor­pa­ğın ye­tir­di­yi in­san­la­rın kö­nül dün­ya­sın­dan söz açıb. Dox­sa­nın­cı il­lə­rin əv­vəl­lə­rin­də isə Mətləb Mi­sir kən­din­dən, elin­dən, oba­sın­dan ay­rı dü­şüb, qaç­qın-köç­kün hə­ya­tı ya­şa­yıb. Şe­ir­lə­rin­də­ki dərd də, ağ­rı da elə o hisslər­dən ya­ra­nıb. 
      70 ya­şı ta­mam ol­du Mət­lə­b Misirin. Ədə­biy­ya­tı­mı­zın bu cə­fa­keş şa­i­ri­nə uzun ömür ar­zu­la­yı­rıq. "Ge­cə­göz­lü­gö­rü­şə­nə qə­dər”, - de­yi­rik.

QIVRILA-QIVRILA

Sən xəstəhal bir xanımsan,
Mən də Şeir yazan "xəstə".
Sözümüz çəp gəlir bəzən,
Bilmirəm niyə, nə üstə.

Örtülü saxlayaq elə
Bu sualın cavabını.
Ya qəzəblən, tənə elə,
Ya da bağla kitabını.

Arı balı güldən çəkir,
Yer əzabı seldən çəkir,
Şair çəkir, dildən çəkir,
Yozur qovrula-qovrula.

Hər söz tətikdəki qovdur,
Qeyrətin var, şəri qov, dur,
Şair ömrü də bir ovdur,
Yanıb sovrula, sovrula.

Dəli gəldi, - müntəzirdi,
Ağlına söykənər qucaq.
Seli gəldi, - müntəzirdi,
Aparacaq, aparacaq.

Arzu qəlbdə bir meh, - əsər,
Quzey - əsər, güney - əsər.
Şair ölümə tələsər,
Seli gəldi, aparacaq.

Üzünə üz tuta bilmir,
Yuxusuzdu, yata bilmir,
Ömür baha, sata bilmir,
Qalıb qıvrıla - qıvrıla.

ÜRƏKLƏ DANIŞANDA

V.Bayatlı üçün

Sözümün astarında
Bir ilahi duyğu var.
İlahi həniridi
Sinəmdəki duyğular.

Xəyalımın məskəni
Göyüzünün qatında.
Ömrüm yelləncək qurub
Ağrıların altında.

Beləcə yaşayıram,
Baharım qışa dönür...
Ağrılar aram - aram
Gözümdə yaşa dönür.

Korlara həsədim var,
Karlara həsədim var.
Görməyib, eşitməyib
Ürəklə danışanda
Güclü olur adamlar.

Az qaldım ki, unudam,
Yadımdakı nə idi?
Dərdimin laylasında
Suvarılır ümidim.

SEVGİLİMƏ DAHA BİR MƏKTUB

Qartımış,
Qoca əcəl
Məni səndən alan günü
Dəli olma.
Dərdlərimə şərik çıxma,
Vəli olma,
Balalarımı,
Dünyanı,
Bu torpağı,
Payız xəzəlini,
Yaşıl yarpağı
Verib gedəcəyəm sənə,
Sən də özün ol,
Bəli - bəli olma.
Mənə olan nifrətini,
Sevgini,
Dərdini,
Nisgilini
Çıxar ürəyindən,
Burax azadlığa.
Burax dalğalı dənizə,
Yovşanlı düzə,
Çəmənə,
Meşəyə, dağa.
Ovut sevgini,
Nifrətini,
Kinini.
Ovut məhəbbət dolu
Qəlbini.
Ovuda bilsən
Onda nə var yaşamağa.
Yəqin,
Mütləq
Mənə bir torpaq rəngli
Qəbir də tapılacaq.
Şeirlərim söykəyinə girəcək,
Darıxma,
Qəlbini sıxma...
Bilirəm arabir
Gözlərin də dolacaq.
Sınma,
Yanma,
Nə qədər ki
Dünya var,
Torpaq var,
Vətən var,
Mətləb Misir də
Bu dünyada
Olacaq,
Qalacaq.

***
            Allah

Şər hərdən səhv salır mənim yerimi,
Çətindir büdrəyəm, əyiləm, Allah.
Şər özü yazdırır nifrət şeirimi,
Mən buyam, özgə cür deyiləm, Allah.

Duyanların çoxu bəxti kəm olur,
Həm kövrək, nisgilli, həm ötkəm olur.
Uduzan kim olur, udan kim olur? -
De, mən də qanmağa qailəm, Allah.

Şər şax yeriyəndə qırılır belim,
Haqq üçün doğrandım mən dilim - dilim,
Haqqın ətəyindən yapışıb əlim,
Rəvamı danlanam, söyüləm, Allah?

Çox əzab yemişəm, az dilənmişəm,
Bəxtimdən, yaşımdan tez dilənmişəm,
Bütün ömrüm boyu söz dilənmişəm,
Bax, mən də beləcə sailəm, Allah.

Düzə müntəzirəm, sevgim haqq işi,
Zəhər damağımda bayram kişmişi,
Mətləb Misir oldu əyilməz kişi,
Qıyma, Nəsimitək soyulam, Allah.


BİR ZARAFAT ŞEİRİ

Söyüd ağacısan, barsız, bəhrəsiz,
Söyüd ağacından bar istəməzlər.
Yuxulu ömürsən, xeyirsiz, şərsiz,
Nakəsdən səxavət, var istəməzlər.

Zirvə yuxarıda, sən aşağıda,
Zirvə ucalıqda, çən aşağıda,
Ömür aşağıda, gün aşağıda,
Aranda zirvədən qar istəməzlər.

Ürək həmdəminlə qoşa qarıdın,
Dünənki sevgilin indi qarıdı,
Sən belə yaşadın, belə yarıdın,
Heyva ağacından nar istəməzlər.

Allah yer üzünü geniş veribdi,
Sənə ay veribdi, günəş veribdi,
Torpaq zirvə verib, eniş veribdi,
Dünyanı gen istər, dar istəməzlər.

Yetmişin yanında, həndəvərində,
Hələ ləl dərində, inci dərində,
Mətləb Misir, elə nəvələrin də
Gülərlər, bu qədər, yar istəməzlər.
 
KATEQORİYA: ŞERLƏR | ƏLAVƏ ETDİ: avao (22.07.2010)
BAXILDI: 2110 | REYTİNQ: 3.7/3
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89