GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ZİYALILAR

Axundov Mirzə Səlim

Axundov Mirzə Səlim Mirzə Səfi oğlu - həkim, tarixçi.

Həyatı

Mirzə Səlim Axundov 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bir müddət mədrəsədə oxumuşdu. Sonra İranın Tehran şəhərində darülfünuna (universitetə) qəbul olmuşdu. Burda təbabəti öyrənmişdi. Təhsilini tamamlayandan sonra bir müddət Tehran şəhərində çalışmışdı. Mahir həkim kimi ad çıxarmışdı. 1896-1897-ci illərdə Tehranda baş vermiş taunun dəf edilməsində fəal iştirak etmişdi. İranın Xarici İşlər vəzirliyi və Rusiya Səfarətxanası onun əməyini mükafatlarla dəyərləndirmişdi. Mirzə Səlim Axundov XX əsrin əvvəllərində vətənə dönmüş, tibblə məşğul olmuşdu.

Əsərləri

Mirzə Səlim Axundov həkim olmaqla yanaşı elmlə də məşğul idi. Onun tibbə dair "Tədbir ül-həvamil" əsəri bütün şərq aləminə yayılmışdı. Bu əsər 1893-cü ildə Tehran şəhərində işıq üzü görmüşdü. Tibbə, kimyaya və zoologiyaya həsr olunan "Kəşkülək" əsəri 1897-ci ildə Tehran şəhərində daşbasma üsulu ilə çap olunmuşdu. Bunlardan başqa görkəmli alimin "Vəsilət üs-süluk fi daiül-mülük", "Müntəxəbat üs-sənaye" və başqa əsərləri var. Onun "Təshihi-iştibah" adlı yazısı İranda Böyük Britaniyanın səfiri olmuş Ser Con Malkolmun "Tarixi-İran" əsərindəki səhflərdən danışır.

KATEQORİYA: ZİYALILAR | ƏLAVƏ ETDİ: avao (03.02.2011)
BAXILDI: 755 | REYTİNQ: 5.0/1
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89