GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ZİYALILAR

İsmayılov Fəxrəddin Həsən oğlu
 
 
 
 İsmayılov  Fəxrəddin Həsən oğlu 13 dekabr 1947-ci il tarixdə Azərbaycan Respublikasının Fuzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur.
Orta məktəbi Fizuli rayonunda müvəffəqiyyətlə başa vurduqdan sonra Ç.İldırım adına Azərbaycan Politexnik institutuna daxil olmuşdur. İkinci ali təhsilini D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir.
Əmək fəaliyyətinə 1968-ci il fevral ayının 10-da Bakı çörək zavodunda satıcı kimi başlamışdır.Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 15 ildən artıq bir müddət ərzində «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin Qaradağ rayon fəhlə təchizatı şöbəsində və rayon qarışıq mallar ticarəti idarəsində, Dövlət Yanacaq Komitəsinin fəhlə təchizatı şöbəsində, Fəhlə Təchizatı üzrə Ticarət-İstehsalat Birliyində və nəhayət, Dövlət Gömrük komitəsinin «Azərterminalkompleks» Xarici İqtisadi Əlaqələr Birliyində məsul rəhbər vəzifələrdə çalışmışdır.
1996-cı il aprel ayının 23-ü tarixindən bu günə kimi Azərbaycan Respublikası Auditorlar Palatası Sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir. 4 övladı vardır.
KATEQORİYA: ZİYALILAR | ƏLAVƏ ETDİ: avao (27.07.2010)
BAXILDI: 1486 | REYTİNQ: 5.0/2
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89