GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » FİZULİ RAYONU

Fuzuli
 

Tarixi haqqında qısa məlumat
Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli - Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.

1959-cu ildə boyuk şair Məhəmməd Fuzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Fuzuli rayonu adlandırılmışdır.

Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105 min nəfərdir.

İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Boyuk Bəhmənli, Horadiz və Qacar kəndləridir.

Hazırda rayonun işğalından azad olunmuş ərazisində 13 qəsəbə və22 kənd vardır. Qəsəbələrdən 12-i Respublika Prezidentinin 7 sentyabr 2001-ci il tarixli 577 saylı və 13 may 2002-ci il tarixli 700 saylı Fərmanları ilə Dovlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi kockun ailələri ucun yeni qəsəbə salınmışdır.

Fuzuli rayonu 1970-ci ildən boyuk inkişaf yolu kecmiş, tərəqqi etmiş, sənaye və muasir kənd təsərrufatı rayonuna cevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 uzum emalı muəssisəsi, 100-dən cox iri muəssisə və təşkilat, dram teatrı, mədəniyyət evi, kutləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi.

Erməni silahlı quvvələri tərəfindən işğal edilməmişdən əvvəl rayonun kənd təsərrufatında əsas sahələr uzumculuk, taxılcılıq, ipəkcilik və heyvandarlıq olmuşdur. 15 kolxoz və 26 sovxoz var idi. Kənd təsərrufatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min hektar otlaq sahələri var idi. Rayonda Araz cayı uzərində Kondələn su anbarı tikilmiş, suvarma kanalları cəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardır. 1980-ci ilədək pambıqcılığa geniş yer verilmişdi. Sonralar rayonun təsərrufatları uzumculuk uzrə ixtisaslaşmışdı. 17,4 min hektarda uzum bağları salınmışdı. Uzumculukdə ən yuksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton uzum yığılmışdır.

İşğaldan əvvəl təsərrufatlarda 17600 baş qaramal, 70000 baş qoyun və keci saxlanılırdı.

Rayon 23 avqust 1993-cu ildə tam işğal olunmuşdur. 1994-cu ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi umummilli lider Heydər Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi kockun məskunlaşmışdır. 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1 kvadrat km-ə 192 nəfər duşur.

1997-ci ildən başlayaraq rayonda işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata kecirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır.

Hazırda rayonun ozəl bolmələrində 17328 baş qaramal, 60 min başa yaxın qoyun və keci vardır. Kecən il rayonun işğaldan azad olunan ərazisində 20 min ton taxıl istehsal olunmuşdur.

İşğaldan əvvəl rayonda 86 umumtəhsil və iki texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq bağcası, 90 kitabxana, 79 klub muəssisəsi, 1 tarix-diyarşunaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət gostərirdi.

Bunlardan 38 umumtəhsil muəssisəsi, 2 texniki peşə məktəbi, 15 uşaq bağcası, 28 kitabxana, 19 klub muəssisəsi, 5 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi işğaldan azad olunmuş ərazidə fəaliyyət gostərir.

İşğal olunan əraziyə qayıdışdan otən muddət ərzində umummilli lider Heydər Əliyevin qayğısı sayəsində 21 məktəb binası muasir tələblərə cavab verən səviyyədə bərpa olunmuş, 8 məktəb binası yenidən tikilmiş, 11 tibb muəssisəsi bərpa olunmuş, 8 tibb muəssisəsi yenidən tikilmiş, ermənilər tərəfindən dağıdılmış və yandırılmış 3 mindən cox ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir.
Bundan başqa həmin muddətdə xeyli xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunmuşdur.

Bərpa və quruculuq işləri davam etdirilir.
Fuzuli tarix və memarlıq abidələri ilə zəngin bir rayondur. Memarlıq abidələrindən XIII əsr Əhmədalılar turbəsi, XIII əsr Babi turbəsi, Aşağı Veysəlli məscidi, Qarğabazar kəndində XVII əsr Hacı Qiyasəddin məscidi, XVII əsr Karvansaray, XVIII əsr turbə, Qocəhmədli kəndində XVIII əsr məscidi və s. vardır.

Vaxtilə rayonda onlarca adama Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 7 cağırış SSRİ Ali Sovetinin, 9 cağırış Azərbaycan SSR Ali Sovetinin deputatı secilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 2 nəfər - İlyas Əfəndiyev və Elcin Əfəndiyev xalq yazıcısı, 2 nəfər - İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.

Hazırda Fuzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır.

Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat

Rayonda ilk dəfə «Qızıl Araz» adlı qəzet 1931-ci ildə dərc olunmuşdur.
Həmin qəzet 1966-cı ilə qədər «Qızıl Araz», 1966-cı ildən sonra isə «Araz» adı ilə dərc olunmuş, Fuzuli rayon partiya komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyət gostərmişdir.
Erməni işğalından sonra rayonda qəzetin fəaliyyəti 1997-ci ildə bərpa olunmuşdur.
Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin koməkliyi sayəsində məcburi kockunlərin işğaldan azad olunmuş əraziyə geri qayıdaraq məskunlaşmasının rəmzi olaraq rayon İcra Hakimiyyətinin və redaksiyanın yaradıcı kollektivinin orqanı kimi qəzet «Qayıdış» adı ilə dərc olunur.

Avtomobil, dəmir yolları haqda məlumat
Rayonun ərazisindən Bakı-Naxcıvan dəmir yol xətti kecir. Rayon ərazisində dəmir yol xəttinin uzunluğu 36 km-dir və dorduncu kateqoriyaya aiddir.
Bakı-Naxcıvan magistral yolu Fuzuli rayonu ərazisindən kecir. Hazırda işğaldan azad olunmuş ərazidə respublika əhəmiyyətli 110 km uzunluğunda avtomobil yolu vardır və həmin yollar ucuncu kateqoriyalı sayılır.

Tarixi və memarlıq abidələri haqda məlumat

İşğal altında olan dini və mədəniyyət abidələri
1. Qarğabazar kəndində XVII əsr karvansarayı 2. Qarğabazar kəndində XVII əsr məscid binası 3. Qarğabazar kəndində XVIII əsr Cəlil turbəsi 4. Aşağı Veysəlli kəndində XIII əsr Mirəli turbəsi 5. Qocəhmədli kəndində XVIII əsr məscid binası 6. Qocəhmədli kəndində XVIII əsr yaşayış binası 7. Horadiz kəndində XIX əsr məscid binası 8. Horadiz kəndində XIX əsr İmamzadə turbəsi 9. Fuzuli şəhərində XIX əsr məscid binası 10. Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim turbəsi 11. Qacar kəndində XIX əsr məscid binası 12. Boyuk Pirəhmədli kəndində XIX əsr məscid binası 13. Merdinli kəndində XIX əsr məscid binası 14. Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr korpuləri (Alı korpusu, Kərəm korpusu). 15. Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı.

İşğaldan azad edilmiş ərazidə movcud olan mədəniyyət və dini abidələr

2. Babi kəndində XIII əsr Şeyx Babi Yaqub turbəsi 2. Əhmədalılar kəndində XIII əsr Arqalı turbəsi 3. Boyuk Bəhmənli kəndində XIX əsr məscid binası.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat

İşğal altında 10-dan cox yaşayış və kurqan tipli arxeoloji abidə qalmışdır.

Həm işğal altında olan, həm də işğaldan azad olunmuş ərazidə olan tarixi abidələr erməni işğalcıları tərəfindən dağıdılmışdır.

İşğal altında olan dini və mədəniyyət abidələri

3. Qarğabazar kəndində XVII əsr karvansarayı 2. Qarğabazar kəndində XVII əsr məscid binası 3. Qarğabazar kəndində XVIII əsr Cəlil turbəsi 4. Aşağı Veysəlli kəndində XIII əsr Mirəli turbəsi 5. Qocəhmədli kəndində XVIII əsr məscid binası 6. Qocəhmədli kəndində XVIII əsr yaşayış binası 7. Horadiz kəndində XIX əsr məscid binası 8. Horadiz kəndində XIX əsr İmamzadə turbəsi 9. Fuzuli şəhərində XIX əsr məscid binası 10. Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim turbəsi 11. Qacar kəndində XIX əsr məscid binası 12. Boyuk Pirəhmədli kəndində XIX əsr məscid binası 13. Merdinli kəndində XIX əsr məscid binası 14. Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr korpuləri (Alı korpusu, Kərəm korpusu). 15. Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı.


Füzuli rayonunun kəndləri

FÜZULI RAYONUNUN AŞAĞIDAKI KƏNDLƏRI VAR

Böyük Bəhmənli, Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Araz Yağlıvənd, Arayatlı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətyarlı, Zərgər, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzdək, Aşaği Rəfədinli, Üçbulaq, Govşad, Cuvarlı, Xələfşə, Çimən, Quraşdırma ev və s..

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edib. Füzulidə yağ-pendir və dəmir-beton məmulatı zavodları, toxuculuq fabriki, daş karxanası, pambıqtəmizləmə zavodu, üzüm emalı müəssisələri, taxıl məhsulları kombinatı var idi. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstəririb.

23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun kəndlərinin bir hissəsi işğal edilib. Erməni işğalçıları tərəfindən 145 mədəni və məişət obyekti, 15 tarixi abidə, onlarla məktəb, klub, o cümlədən xeyli sayda müəssisə yandırılıb və ya dağıdılıb.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.


Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır.

Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin qəzası adlanıb. Rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır

Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var.

Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri əsasən Arazboyunda – İranla sərhəddə yerləşir və bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli və Əhmədbəyli kəndləridir.

Bundan başqa rayonun ərazisində Beyləqanla sərhəddə 2003-cü ildə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb.

Bundan başqa, Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb. Hazırda bu qəsəbələrə əhalinin köçürülməsi prosesi gedir.

Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz şəhərləri) və 76 kənd var.

Füzuli rayonu tək Azərbaycanın deyil, dünyaın ən qədim insan məskənlərindən hesab olunur. Dünyanın ən qədim insan məskənləri olan Azıx və Tağlar mağaraları bu rayonun ərazisində yerləşir Azıx və Tağlar mağaralarında aparılmış arxeoloji qazıntılar zamanı məlum olub Ki, bu məskənlərdə ilk insanlar təxminən 1 mln. 500 min əvvəl məskunlaşıblar. 1968-ci ildə Azıx mağarasından 400 min il əvvəl yaşamış Azıx adımının (Azıxantrop) alt çənə sümüyü tapılıb.

Rayon ərazisində enolit dövrünə məxsus onlarla yaşayış məntəqələrinin qalıqları mövcuddur. Bunlardan ötən əsrdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb.

Füzuli rayonunun müxtəlif ərazilərində, xüsusilə də Arazboyu ərazilərdə və Quruçay-Köndələnçay vadisində qədim türkdilli xalqlara məxsus abidələr, o cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç kurqan və s. göstərmək olar.

Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki,Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyətli abidələrimiz erməni vandalizminə məruz qalıb, məhv edilib.

Qeyd edək ki, Füzuli rayonunda ümumilikdə 22 sayda dünya və ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi, həmçinin indiyədək qeydə alınmayan 45 sayda yerli əhəmiyyətli tarixi abidə var. Müharibədən əvvəl rayonda 2 muzey olub. Bunlardan biri tarix diyarşünaslıq muzeyi, digəri isə xalq tətbiqi sənəti muzeyidir. Sonuncu muzeydə 800 eksponat olub.


KATEQORİYA: FİZULİ RAYONU | ƏLAVƏ ETDİ: avao (30.06.2010)
BAXILDI: 6074 | RƏYLƏR: 1 | REYTİNQ: 0.0/0
BÜTÜN RƏYLƏR: 1
1 ...........  
0
fuzuli.azersayt.com

YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89