İsmayılov Eltəkin Pənah oğlu 1968-ci il noyabırın 26-da Fuzuli rayon Gecəgözlü kəndində müəllim ailəsində anadan olub.Həmin kənddə böyümüş kənd orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra sovet ordusunda xidmət keçmişdi.Elmə,təhsilə olan marağ göstərirdi.Buna görədə təhsilini Bakı İqtisad universtetində davam etdirmək qərarına gəlmişdi.Uçot –iqtisad fakultəsinin 3-cü kursunda oxuyurdu.Oxuduğu məktəb də ömrü kimi yarımçıq qaldı.Eltəkin 13 sentyabr 1992-ci ildə vətənin müdafiəsinə yollandı.Döyüşə Fuzuli bölgəsindən başladı.Bölgədəki Elxan bəy adına N-saylı Tərkibində Xidmət etdiyi müddətdə öz əsgəri borcunu layiqincə yerinə yetirirdi.
1992-ci il Sentyabrın 24-də Ağ ev deyilən yerdə aldığı qəlpə yarasından dünyasını dəyişdi.Atası,Fuzulinin hörmətli ziyalılarından olan Pənah müəllim Eltəkinin ölümünə dözə bilmədi.Ermənilərin torpaqlarımızı zəbt etdikcə Pənah müəllimdə ürəyindən şikayətlənirdi.Bir tərəfdə Eltəkin faciəsi ...1994-cü il sentyabrın 3-də Pənah müəllimin ürəyi dayandı.
Eltəkinin ölümündən 2-ay sonra Şəmsiyyə adlı qızı dünyaya gəldi.Heyif onun üzün görmək Eltəkinə qismət olmadı.Şəmsiyyə qızımız böyüyəndə görəcəksən ki...
Yer üzünün qəşəngidi
Gözəlidi sənin atan
Xoşbəxtliyə gedən yolun Əzəlidir sənin atan
|