Sadıq bəy Məhəmmədxan bəy oğlu 1786-cı ildə Qarabağın Cavanşir-Dizaq mahalının Şərifbəyli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Cavanşir-Dizaq mahalının darğası olmuşdu. Xanlıq ləğv olunandan sonra Sadıq bəy rus üsul-idarəsində məmur işləmişdi. II Rus-İran savaşları başlayanda Qasım bəy İrana Mehdiqulu xanın yanına qaçmış, qardaşı Mirzə Camalın tutulmasını eşidib, geri dönmüşdü. Rus hakimiyyəti onu bağışlamış, mülkünü qaytarmışdı. Sadıq bəy Cavanşir 1828-ci ildə Qarabağ atlı alayında xidmət etmişdi. Alayın 3-cü yüzlüyünün naibi idi. Praporşik rütbəsi almışdı. Sadıq bəyin törəmələri Vəzirov soyadını daşıyırlar. Sadıq bəyin Rüstəm bəy, Həsənxan bəy, Hüseynxan bəy və Tağı bəy adlı oğulları vardı.